Borclu olduğu şəxs qardaşını girov götürdü — TƏFƏRRÜATbackend

Borclu olduğu şəxs qardaşını girov götürdü — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təqsirləndirilən Əmirxanlı Rövşən Elşən oğlu və Ramazanov Rasim Cuma oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyun ayının 22-də Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlının Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra akademik Həsən Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə apardıqlarını bildirib.

Həmin şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən və əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.

Dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində kirayə yaşadığı evdə saxlayıblar.
Saxlanılan şəxslərdən R.Ramazanovun üzərinə baxış zamanı bir idman tapançası, gözyaşardıcı qaz balonu, iki bıçaq, 20 ədəd “Fenadiazepin”, 20 ədəd “Tramadol”, 9 ədəd “Contromal”, 2 ədəd “Gerica” psixotrop həbləri, eləcə də 2,031 qram heroin aşkarlanıb. Ayrıca olaraq R.Əmirxanlıdan da 2,931 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. (ölkə.az)

İnterpress.az