İmişlidə pambıqçılar arasında daha bir kütləvi zəhərlənməbackend

İmişlidə pambıqçılar arasında daha bir kütləvi zəhərlənmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

İnterpress.az Real.tv-yə istinadən xəbər verir ki, rayondakı Otuziki kəndində pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən pambıqçılar İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov REAL-a bildirib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: \”Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək\”.

İnterpress.az