ABŞ-dan şok Türkiyə qərarı: “Dayandırılsın!”backend

ABŞ-dan şok Türkiyə qərarı: “Dayandırılsın!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Pentaqonun illik büdcəsini müəyyənləşdirən layihənin Türkiyə ilə bağlı bölməsində rəsmi Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri alması və Türkiyədə həbs olunan rahib Andrey Brunsonun azad edilməməsi əsas gətirilib. Bu səbəbdən iki ölkə arasında gərginlik yarandığı iddia olunub.

Eyni zamanda Rusiyadan S-400 alınmasının ABŞ-la Türkiyə arasında silah alış-verişinə və NATO-dakı əməkdaşlığa mənfi təsir göstərəcəyi vurğulanıb.

Beləliklə, layihəyə görə, F-35 qırıcısı, Patriot hava müdafiə sistemləri, Chinook helikopteri, AH-1 tipli Kobra, H-60 Black Hawk helikopterləri və F-16 hərbi təyyarələrinin Türkiyəyə satılmasına qadağa qoyulur.

Layihədə 60 gün ərzində Müdafiə nazirinin Dövlət Departamentinə məruzə etməsi, Konqresin Türkiyə və ABŞ münasibətləri ilə bağlı komitələrinə məlumat çatdırılması tapşırılıb.

İnterpress.az