Fənərbaxçada sürpriz təyinat – Kocamanın yerinə o gəldibackend

Fənərbaxçada sürpriz təyinat – Kocamanın yerinə o gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Filip Koku “Fənərbaxça”ya yeni baş məşqçi kimi təyin olunub. 47 yaşlı mütəxəssis “Fənərbaxça” ilə razılılaşdıqdan sonra müqavilə imzalayıb.

F.Koku, həmçinin, özünə köməkçi də təyin edib. O, “Fənərbaxça”nın sabiq futbolçusu Dirk Kuytu yeni komandada özünə köməkçi təyin edib.

Kokunun \”Fənərbaxça\”da illik məvacibinin 3 milyon avro olacağı bildirilir.

Qeyd edək ki, F.Koku Hollandiya klubunda ilinə 750 min avro qazanırdı.

Xatırladaq ki, \”Fənərbaxça\”nın sabiq baş məşqçisi Aykut Kocaman ötən gün istefaya göndərilib.

Məlumat üçün bildirək ki, \”Fənərbaxça” 2017/18 mövsümünü ikinci sırada tamamlayıb. Klubun iyunun 2-3-də keçirilən qurultayında məşhur iş adamı Ali Koç prezident seçilib.

İnterpress.az