Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



3 yaşlı Leyla oğurlanıb - Anası FƏRYAD ETDİ

5 gündür itkin düşən azyaşlı qızın valideynləri fəryad edir.

Dərc edilib: 19 iyun 2018 [14:00]
Baxış sayı: 21005

Ramazan bayramı münasibəti ilə babasını ziyarət etmək üçün kəndə gedən azyaşlı qız yoxa çıxıb.

İnterpress.az Türkiyə KİV-nə istinadə xəbər verir ki, Türkiyənin Ağrı vilayətində itkin düşən 3 yaşlı Leylanın axtarışları davam etdirilir.

Ramazan bayramı münasibəti ilə valideynləri ilə birlikdə babasını ziyarət etmək üçün Ağrı vilayətindəki Bezirhane kəndinə gedən 3 yaşlı Leyla valideynlərinin gözündən yayınaraq yoxa çıxıb.

5 gündür axtarışları davam etdirilən Leylanın anası deyir ki, onu oğurlayıblar: "Qızımı 90 faiz oğurlayıblar. Qızım naməlum şəxslər tərəfindən oğurlanıb".

Qeyd edək ki, 3 yaşlı Leylanın axtarışları üçün sıravi şəxslər də könüllü olaraq cəlb olunub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 51