DÇ-nin açılış oyununda qadın azarkeş uşaq dünyaya gətiribbackend

DÇ-nin açılış oyununda qadın azarkeş uşaq dünyaya gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnodar diyarındakı doğum evlərindən birində qadın pasiyent Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı dünya çempionatının açılış oyunu zamanı vaxtından əvvəl uşaq dünyaya gətirib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, diyarın səhiyyə naziri Yevgeni Filippov açıqlama verib. Nazir bildirib ki, hamiləliyinin 38-ci həftəsində olan qadın matçın gedişində həyəcandan doğuşa başlayıb. Pasiyent Rusiya 5-ci qolu vurduğu vaxt oğlan dünyaya gətirib. Körpəyə isə həmin qolu vuran Aleksandr Qolovinin adı verilib.

Qeyd edək ki, Rusiya Səudiyyə Ərəbistanı ilə görüşdə 5:0 hesablı qələbə qazanıb.

İnterpress.az