Moskvada taksi sürücüsünün xəsarət yetirdiyi şəxslərdən üçü azərbaycanlıdır – VİDEObackend

Moskvada taksi sürücüsünün xəsarət yetirdiyi şəxslərdən üçü azərbaycanlıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Moskvada taksi sürücüsü idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. Moskvanın mərkəzində İlyinka küçəsində sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 8 nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, xəsarət alanların üçü azərbaycanlıdır. Bu barədə CVN.tv-yə danışan Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondunun sədri Şamil Tağıyev bildirib ki, hadisə nəticəsində xəsarət alan üç azərbaycanlıdan biri Azərbaycan vətəndaşı, digərləri isə Rusiya və Ukrayna vətəndaşlarıdır: \”Xəsarət alanlardan biri Günay Quliyeva Azərbaycan vətəndaşıdır. O, ayağı sındığından Moskva xəstəxanalarından birinə yerləşdirilib. Hadisə ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi və digər Azərbaycanın diaspor təşkilatları məlumatlandırılıb. Onlar da məsələ ilə yaxından tanış oldular. Günay Quliyevanın hazırda həyatı üçün heç bir təhlükə yoxdur. O, artıq əməliyyat olunub\”.

Hadisə nəticəsində xəsarət alan Günay Quliyeva həmyerlilərindən kömək və dəstək istəyib: \”Mənim dizim qırılıb. Məni əməliyyat etdilər. Mən həmyerlilərimdən xahiş edirəm ki, mənə dəstək olsunlar. Mən gələcək həyatımı burada təsəvvür edə bilmirəm. Mən necə ayağa duracam, nə edəcəm? Valideynlərim Azərbaycandadırlar, onlar övladıma təhsil verirlər. Mən burda özüm işləyərək valideynlərimə kömək edirəm. İndi başıma bu iş gəlib\”.

Hadisəni törətməkdə şübhəli bilinən taksi sürücüsü Çingiz Anarbekov saxlanılıb. Əslən Qırğızıstandan olan Çingiz Anarbek adlı taksi sürücüsü isə ilkin ifadəsində bildirib ki, avtomobili insanların üzərinə qəsdən sürməyib. Onun sözlərinə görə, gün ərzində 20 saat çalışdığından yuxulu olub və əyləcin yerini tapa bilməyib ki, avtomobili saxlasın. O avtomobildən düşərəkq açmasına da aydınlıq gətirib. Bildirib ki, onun üzərinə gələn insanların təzyiqindən qorxduğu üçün ahdisə yerindən uzaqlaşmağa cəhd göstərib.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Səid Qərib
İnterpress.az
https://youtube.com/watch?v=oDKmez9PB-M