“Dağlıq Qarabağ problemi təcili siyasi həllini tapmalıdır” – Avropa İttifaqıbackend

“Dağlıq Qarabağ problemi təcili siyasi həllini tapmalıdır” – Avropa İttifaqı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır”.

İnterpress.az xəbər verir ki, bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqımünasibətləri haqqında sənəddə qeyd olunur.

“Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”, – deyə sənəddə əlavə edilib. (apa)

İnterpress.az