“Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir”backend

“Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfinə gəlib.

“Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq kursantlar tağım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib. Müdafiə naziri motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını da izləyib.

Təlim məşqlərin sonunda general-polkovnik Zakir Həsənov poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Mətbuat nümayəndələri ilə görüşdə nazir Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.

Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan uğurlu islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını cavablandırıb.

İnterpress.az