Ekzüperinin sevgi məktubu hərraca çıxarıldıbackend

Ekzüperinin sevgi məktubu hərraca çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktub Parisdə baş tutan hərracda 240 min 500 avroya satılıb.

Auksionda məktubun çox güman ki, yazıçının son yazışması olduğu qeyd olunub. Məktuba əlavə olunmuş rəsmdə “Balaca şahzadə”dəki şahzadəyə oxşayan oğlan uşağı kiçik planetin təpəsində uzun bir perqamenti yazıb doldurduğu təsvir olunur.

Bundan başqa auksionda Ekzüperiyə aid 49 parça imzalı əlyazma satışa çıxarılıb.

Xatırladaq ki, Ekzüperi 1944-cü ildə kəşfiyyat uçuşuna gedərkən təyyarəsi ilə birgə itmişdi. (kulis.az)

İnterpress.az