Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşirbackend

Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qol.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək. Təmsilçilərimiz səpələnmişlər sırasında yer alacaqlar. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ölkə kubokunun sahibi \”Keşlə\” \”Milsami\” (Orxey, Moldova), \”Rudar\” (Plevliya, Monteneqro), \”Riqa\” (Latviya), \”Honved\” (Budapeşt, Macarıstan) və ya \”Baltsan\” (Malta) komandası ilə qarşılaşacaq.

Gümüş mükafatçı \”Qəbələ\”nin mümkün rəqibləri Lüksemburqun \”Proqres\” (Niderkorn), Bosniya və Herseqovinanın \”Şiroki Briyeq\”, Makedoniyanın \”Şkupi\”, Litvanın \”Ştumbras\” və Slovakiyanın \”Dunayska Streda\” klublarıdır.

Bürünc medalçı \”Neftçi\” isə \”Buduçnost\” (Podqoritsa, Monteneqro), \”Partizani\” (Albaniya), \”Uypeşt\” (Macarıstan), \”Samtredia\” (Gürcüstan) və ya \”Rasinq Union\” (Lüksemburq) ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

İnterpress.az