Deputat Adil Əliyev: “Bununla iki məqsəd güdürəm”backend

Deputat Adil Əliyev: “Bununla iki məqsəd güdürəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev verib.

“Konfransda Avropanın müxtəlif şəhərlərindən qonaqlar da iştirak edəcək. Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri olaraq il ərzində türkiyəli idmançılarla – qardaşlarımızla müxtəlif yarışlar düzənləyirik. Başqa ölkələrdə də idman tədbirlərimiz az deyil. Ona görə də Nürnberq konfransına dəvətimi Azərbaycan-Türkiyə idmançılarının qardaşlığına verdiyimiz töhfənin bir parçası hesab edirik. İl başlayandan Azərbaycandan kənarda müxtəlif konfrans və seminarlarda iştirak etmişəm. Bununla iki məqsəd güdürəm. Birinci məqsədim getdiyim ölkələrdə Azərbaycanın təbliğatını gücləndirmək, uğurlarımızın təbliğatını aparmaq, təhlükəsizlik problemlərimiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və işğal altındakı torpaqlarımız haqqında görüşdüyüm insanlara dolğun məlumat çatdırmaq, ikinci məqsədim isə həmin ölkələrdə soydaşlarımızın təşkilatlanmasına və dövlətimizin maraqları naminə birləşməsinə dəstək verməkdən ibarətdir. Ona görə Nürnberqdəki tədbirdə də bir millət vəkili olaraq dövlətimin təbliğatı naminə əlimdən gələni etməyə çalışacam”.

İnterpress.az