Elmar Məmmədov miqrasiya xidmətinin rəhbəri ilə görüşüb – FOTObackend

Elmar Məmmədov miqrasiya xidmətinin rəhbəri ilə görüşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Diaspor.az-ın əldə etdiyi məlumata görə, \”Azərbaycan-Ukrayna\” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukraynanın Çernivtsi quberniyasının Miqrasiya Xidmətinin rəhbəri Vitali Verbitski ilə rəsmi görüş keçirib.

Görüşdə bəzi məsələləri müzakirə olunub.

E.Məmmədov Ukraynda yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. O bildirib ki, çoxlu sayda Azərbaycan vətəndaşlarının miqrasiya qanunvericiliyini bilmədən pozublar.

\”Eyni zamanda, qeyd etmək istərdim ki, onlar bunu bilmədən edirlər, çünki yerli qanunvericiliyi bilmirlər. Təbii ki, hər ölkənin öz qanunları vardır\” – deyə, \”Azərbaycan-Ukrayna\” Alyansının sədri Elmar Məmmədov Vitali Verbitski ilə rəsmi görüşündə vurğulayıb.

İnterpress.az

Elmar Məmmədov miqrasiya xidmətinin rəhbəri ilə görüşüb - FOTO