Parlamentdə marixuana müzakirəsi – İstifadəsinə icazə verildibackend

Parlamentdə marixuana müzakirəsi – İstifadəsinə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Parlamenti qanun qəbul edib. Qanuna görə marixuananın becərilməsi və satışı tənzimlənəcək.

Sözügedən narkotik vasitənin ictimai məkanlarda istifadəsinə isə yerli orqanlar nəzarət edəcək. Qanunun sentyabr ayından qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Kanada \”G7 ölkələri\” arasında marixuananın həzz üçün istifadəsini qanuniləşdirən ilk ölkə olub. Bu vaxta qədər marixuananın istifadəsi 1923-cü ildən qadağan edilib. Amma 2001-ci ildən həkim resepti əsasında istifadəsinə icazə verilib.

Xatırladaq ki, Kanadanın Baş naziri Castin Trüdo 2015-ci ildə seçkilər zamanı hakimiyyətə gələcəyi təqdirdə öz seçicilərinə marixuananın istifadəsinin qanuniləşdirilicəyinə dair vəd vermişdi.

Səid Qərib
İnterpress.az