189 taksi xidmətindən Azərbaycan dilinə qarşı HÖRMƏTSİZLİK – VİDEObackend

189 taksi xidmətindən Azərbaycan dilinə qarşı HÖRMƏTSİZLİK – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən taksi xidməti Azərbaycan dilinə qarşı hörmətsizlik nümayiş etdirib.

İnterpress.az xəbər veri ki, 189 taksi xidməti Azərbaycan dilinə hörmətsizliyi təbliğ edən reklam xarakterli videorolik nümayiş etdirib. Sözügedən videogörüntüdə 189 taksi xidmətinin sürücüsü sərnişinlərlə Azərbaycan dilində deyil, rus dilində danışıb.

Taksi xidmətinin sürücüsünün sərnişinlərlə rus dilində danışması müzakirə mövzusuna çevrilib. Sürücünün bu davranışı ölkə ictimaiyyətində birmənalıq arşılanmayıb.

Məlumata görə, 189 taksi xidmətinin bütün sürücülərinə sərnişinlərlə rus dilində ünsiyyət qurmaq üçün xüsusi təlimatlar verilib.

Eyni zamanda, sözügedən taksi xidmətinin rus dilində danışa bilməyən sürücülərin işə götürülməməsi ilə bağlı məlumatlar yayılıb. Həmçinin, məlumatda deyilir ki, xidmətin daxili nizamnaməsinə görə, işə götürülən sürücülərin Azərbaycan dilini bilməsi önəmli deyil.

Səid Qərib
İnterpress.az