Bakıdan bir saatlıq məsafədə yer yerindən oynadı, ciddi təhlükə yaşanır – FOTObackend

Bakıdan bir saatlıq məsafədə yer yerindən oynadı, ciddi təhlükə yaşanır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı-Çuxuryud-Dəmirçi avtomobil yolu yenidən sürüşməyə məruz qalıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yolun sağ və sol yamaclarından başlayan torpaq axını və iri çatlar asfalt örtüyünə xeyli ziyan vurub. Dəmirçi kəndinin girişində asfalt örtüyü iki yerə bölünərək yolda 45-50 santimetr enində iri yarğanlar əmələ gətirib.

Xatırladaq ki, bir ay bundan öncə Şamaxı-Çuxuryud-Dəmiriçi yolunun 3 hissəsində sürüşmə baş vermişdi. Artıq sürüşmənin əhatəsi böyüyüyərək 15 metrə çatıb. Ərazidə hər gün yeni sürüşmələr və uçqunlar qeydə alınır. Yolun bəzi hissələrində asfalt örtüyü 15 metr uzunluqda, 5 metr dərinlikdə çöküb.

Artıq bir aydan çoxdur ki, Şamaxı-Çuxuryud-Dəmirçi yolunda sürüşmənin baş verdiyi nöqtələrdə bərpa işləri aparılsa da, havaların yağıntılı keçməsi səbəbəbindən ərazidə yeni sürüşmələr əmələ gəlir. Hazırda da torpaq sürüşməsi davam edir.

Bakıdan bir saatlıq məsafədə yer yerindən oynadı, ciddi təhlükə yaşanır - FOTO

Bakıdan bir saatlıq məsafədə yer yerindən oynadı, ciddi təhlükə yaşanır - FOTO

İnterpress.az