Səhənd dağının zirvəsində Azərbaycan bayrağı ucaldıldı – FOTObackend

Səhənd dağının zirvəsində Azərbaycan bayrağı ucaldıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı alpinistlər tərəfindən Təbriz şəhərinin cənub tərəfində yerləşən Səhənd dağının zirvəsində Azərbaycan bayrağı ucaldılıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Güney Azərbaycanda yaşayan azərbaycanlı alpinistlər Səhənd dağının zirvəsinə qalxıblar. Vulkan mənşəli Səhənd dağının zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb.

Qeyd edək ki, dəniz səviyyəsindən 3700 m hündürlükdə yerləşən Səhənd dağı və qolları ilə birlikdə Təbriz şəhərini əhatə edir.

Səhənd dağı öz əsrarəngiz gözəlliyi ilə qədim Azərbaycan şəhəri Təbrizin simvollarından biridir.

Səid Qərib
İnterpress.az

Səhənd dağının zirvəsində Azərbaycan bayrağı ucaldıldı - FOTOSəhənd dağının zirvəsində Azərbaycan bayrağı ucaldıldı - FOTO