Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edildibackend

Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZƏRTAC Yaponiya Sahil Xidmətinə istinadla xəbər verir ki, iyunun 20-də səhər saatlarında balıqçı gəmisindən həyəcan siqnalı daxil olub. Gəmi Miyaqi prefekturasının sahillərindən 850 kilometr məsafədə yerləşib.

Koti prefekturasında qeydiyyatda olan “Koryo-maru 68” adlı gəmi digər balıqçı gəmiləri ilə birlikdə ova çıxıb.

İdarənin məlumatında qeyd edilir ki, batan gəminin bütün heyət üzvləri yaxınlıqda yerləşən gəmilər tərəfindən xilas edilib.

İnterpress.az