Qərb həyəcan təbili ÇALDI: Nüvə silahı anbarı təkmilləşdirilir – FOTObackend

Qərb həyəcan təbili ÇALDI: Nüvə silahı anbarı təkmilləşdirilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ alimləri bununla bağlı peyk şəkillərini dərc edib. Mütəxəssislər hesab edir ki, Rusiya 2014-cü ildən bu yana Kalininqradda nüvə silahlarının saxlanıldığı bunkeri əhəmiyyətli dərəcədə yenidən qurur.

Amerika Alimlər Federasiyası (FAS) qeyd edir ki, şəkillərdə 2016-cı ildə aparılan yenidənqurma prosesi öz əksini tapıb. Belə ki, məlumata görə, 3 yeraltı bunkerdən biri qazılıb və dərinləşdirilib.

FAS-da nüvə obyektlərinin öyrənilməsi üzrə layihənin rəhbəri Hans Kristensen bloqunda bildirib ki, bu obyektdə hansı növ nüvə silahlarının saxlanılması ilə bağlı məsələlər sual altındadır.

“Obyektin xüsusiyyətlərinə görə fərz etmək olar ki, bu silahlar Rusiya Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Qüvvələrində istifadə oluna bilər.

Bu, birgə istismar edilən obyekt də ola bilər. Hansı ki, Hərbi Dəniz Donanması, quru qoşunları, Hava Hücumundan Müdafiə gücləri bu regionda yerləşdirilə bilər. Bildiyim qədər bu, Kalininqradda yeganə nüvə silahı anbarıdır”- Kristensen belə yazıb.

Qərb həyəcan təbili ÇALDI: Nüvə silahı anbarı təkmilləşdirilir - FOTO

Kristensen bildirib ki, Rusiyanın iddiasına görə, nüvə döyüş başlıqları yalnız mərkəzi anbarda saxlanılır. Lakin ekspertlər bu iddianın doğruluğuna şübhə edirlər.

Bu ilin fevralında ABŞ və Avropa ölkələri həyəcan təbili çalaraq deyib ki, Rusiya Baltikyanı regionu hərbiləşdirir. Rusiya Kalininqrad ərasizində “İsgəndər” raketlərini də yerləşdirib ki, NATO bunu region üçün təhlükə kimi xarakterizə edir. (modern.az)

İnterpress.az