Güləşçilərimiz Avropa çempionatında altı medal qazandı – VİDEObackend

Güləşçilərimiz Avropa çempionatında altı medal qazandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri bir qızıl, bir gümüş və dörd bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimiz bir qızıl və bir bürünc medal qazandığı halda, sərbəstlər bir gümüş və üç bürünc medala sahib olub.

Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. 68 kq-da mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib.

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbib Nurulu və Əli Babayev təmsil edib.

İnterpress.az