Pambıqçıları zəhərləyən maddənin sağlamlığa gələcək fəsadları dəhşətli ola bilərbackend

Pambıqçıları zəhərləyən maddənin sağlamlığa gələcək fəsadları dəhşətli ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələnin tibbi baxımdan şərhi üçün Medicina.az məhkəmə tibbi ekspert, professor Vuqar Məmmədovdan ekspert fikri öyrənmişdir. Sahələrə səpilən pestisid və digər toksiki zəhərli maddələr əhalinin və zərərçəkənlərin səhhətində gələcəkdə nə kimi fəsadlar verə bilər və bu kimi halların dünya ölkələrində həlli yolları necədir?

\” İlk olaraq onu qeyd edim ki, bu gün rayonlarda pambıq sahələrinə insanların, hətta tibb işçisi və müəllimlərin məcburi olaraq işçi qüvvəsi kimi çıxarılması sovet dövründən qalma məsələdir, heç bir qanunvericiliyə uyğun deyil, yerli icra orqanlarının öz vəzifəsindən sui-istifadə etməsidir.
Ona görə tarlada baş vermiş hər hansı hadisəyə, həmin insanlara dəymiş ziyana, zərərə görə mütləq araşdırılma aparılıb, hüquqi müstəvidə cəza tətbiq olunmalıdır.

Azərbaycan vətəndaşı öz sağlamlığı təhlükə altında olduqda və səhhətinə dəyən zərərə görə istənilən halda məhkəməyə müraciət edə bilər. Bu, onun hüququdur.
Təəssüf ki, vətəndaşlarımız bu hüququnu bilmir, istifadə etmir, rayon yerlərində xətir-hörmət, xahişlərə görə susur
Müasir inkişaf etmiş ölkələrdə pestisid, defoliant səpilmiş açıq əkin sahəsinə nəinki canlı insanı, heç heyvanları da buraxmazlar. Alman, fransız, ingilis bu səhvi etməz, heç o ölkələrdə insanlar da buna getməz. Çünki bilirlər ki, kiçik bir məsuliyyətsizliyin cəzası, cəriməsi necə ağır ola bilər.

O ki qaldı, son günlər pambıqçıların zəhərləndiyi pestisid və digər maddələrin bundan sonra o insanların sağlamlığında, hətta ailə üzvlərində,gələcək nəsillərində nə kimi fəsadlar verəcəyinə, bir həkim və tibbi ekspert kimi mən sahəyə səpilən o maddənin kimyəvi-bioloji tərkibini dəqiqliklə bilməliyəm. Əgər deyilənlər kimi, Vyetnamda istifadə olunan o toksiki maddədirsə, bu maddə həmin ərazidə yaşayan insanlara, flora və faunaya ciddi zərər vurub, gələcək nəsillərdə genetik mutasiya və xəstəliklərə gətirib çıxara bilər.

Pambıqçıları zəhərləyən maddənin sağlamlığa gələcək fəsadları dəhşətli ola bilər

İnanmıram ki, ölkəyə gətirilən pestisidlərin tərkibində qeyri-adi nəsə olsun. Burda problem təhlükəsizlik qaydalarına və dünya standartlarına riayət etməməkdir. O nöqteyi nəzərdən ortada cinayət faktı var.

Bu maddələr digər ölkələrdə ciddi nəzarət altındadır, yoxlanır və bir çox yerlərdə qadağan da olunub.

Azərbaycanda əkin sahələrinə səpilən hər bir kimyəvi maddənin, pestisidlərin keyfiyyəti, mənbəyi, tərkibi ciddi araşdırılmalıdır.
Söhbət Azərbaycan əhalisinin sağlamlığından, gələcək nəsillərin qorunmasından gedir. Belə ümummili məsələdə ən xırda səhv belə böyük fəsadlara yol açır”.

İnterpress.az