Yüksək rütbəli hərbçi Ermənistana səfir göndərildibackend

Yüksək rütbəli hərbçi Ermənistana səfir göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Pyotr Poroşenko Ermənistana yeni səfir göndərib. Sputnik Ermənistan xəbər verir ki, Litvin Pyotr Mixayloviç bu ölkəyə səfir təyin edilib.

Litvin son illər Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının 8-ci Ordu Korpusuna rəhbərlik edib. O, həmçinin Ukraynanın şərqində, Donbasda baş tutan hərbi əməliyyatlarda iştirak edib.

Pyotr Litvinin böyük qardaşı 2008-2012-ci illərdə Ukrayna Ali Radasının spikeri olub. Onun digər qardaşı Nikolay Litvin isə Ukrayna ordusunun generalıdır, 2003-2014-cü illərdə Ukrayna Dövlət Sərhəd Xidmətinə rəhbərlik edib.

İnterpress.az