Hacı Şahinin məsciddəki zarafatlarının görüntüləri yayıldı – VİDEObackend

Hacı Şahinin məsciddəki zarafatlarının görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənlinin məsciddə moizə əsnasında etdiyi zarafatları izləyicilərin marağına səbəb olub.

İnterpress.az xəbər verir ki, ilahiyyatçının moizə etdiyi zaman zarafatla inanclı insanları güldürməsini əks etdirən görüntülər yayılıb. Görüntülərdə Ş.Həsənlinin müxtəlif mövzularda səmimi zarafatlar etməsi dindarların gülüşünə səbəb olub.

Belə ki, ilahiyyatçının telefonun enerji yığması üçün ifadə olunan \”zaryatka\” sözünü müzakirə etməsi dindarların təbəssümünə səbəb olub.

Daha sonra ilayyatçının moizə əsnasında məsciddə mürgüləyən insanlara yatmamaları barədə müraciət etməsi gülüşlə qarşılanıb: \”Yatmayın, yanınızdakına da tapşırın ki, yatanda sizi oyatsın. Mən burda hamınızı görürəm, hamınızın simasına diqqətlə baxıram. Görəndə ki, biri yatıb, mən çox narahat oluram. Yatmaq istəyənlər də gedib evlərində rahat ayaqlarını uzadıb yatsınlar. Burda mən laylay oxumuram da sizə. Xahiş edirəm ki, yatmayasız, yalvarıram sizə yatmayasız. Çünki ən xoşuma gəlməyən şeylərdən biri də məclisdə yatmaqdır\”.

\”Gülərüz adamlar Peyğəmbəri cəzb edərdi. Həmişə dayanıb əl sıxıb onlarla görüşərdi. Onlara vaxt ayırardı. Yoxsa, adam zarıya-zarıya.. Ağzını açmağa peşimansan. Salam, necəsən deyib başlayır və sənin də halını xarab edir. Sən də başını götürüb qaçmaq istəyirsən ki, nə qələt elədim buna salam verdim\” – deyə, Ş.Həsənli qeyd edib.

İlahiyyatçının \”Adam var ki, gərək uzaqdan öpəsən və deyəsən, salam\” – deyərək, sağ əli ilə öpüş göndərməsi dindarların gülüşünə səbəb olub.

Daha sonra axundun moizədə iştirak edənləri yorub-yormaması barədə sual etməsi və dindarların birinin baş barmağı ilə \”əla\” göstərməsini Hacı Şahinin təkrarlaması da moizədə iştirak edənlərin növbəti dəfə gülüşünə səbəb olub.

Daha sonra ilayiyyatçı bəzi insanlar tərəfindən verilən sualları məscid iştirakçılarına deyərək bu sualların gülüş doğurucu sual olduğunu vurğulayıb.

İnterpress.az