“Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində hüquq pozuntusu aşkarlanmayıb” — Nazir müavinibackend

“Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində hüquq pozuntusu aşkarlanmayıb” — Nazir müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istindla xәbәr verir ki, bunu \”Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu\” mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında daxili işlər nazirinin müavini İsmət Əliyev deyib.

Nazir müavini bildirib ki, son 10 ildə Daxili İşlər Nazirliyinin (DİN) 72 müvəqqəti saxlama yerində aparılan monitorinqlər zamanı insan hüquq və azadlıqlarının pozulması halı aşkar olunmayıb.

İ. Əliyev qeyd edib ki, polis əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının pozulması hallarına dair şikayətlər, kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı DİN tərəfindən xidməti araşdırmalar aparılır və lazımi tədbirlər görülür.

İnterpress.az