Jurnalist bu fikrinə görə TƏNQİD EDİLDİ – “Elə qızlar olur, atəşli olurlar”backend

Jurnalist bu fikrinə görə TƏNQİD EDİLDİ – “Elə qızlar olur, atəşli olurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə APA-nın sorğusuna cavabında bildirib ki, yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb: \”Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır\”.

Baş verən hadisə ilə bağlı Yeni Müsavat qəzetinin redaktoru Xalid Kazımovun sosial şəbəkədə yazdığı fikirlər istifadəçilər tərəfindən qərəzlə qarşılanıb. Bəzi istifadəçilər hətta təhqir həddinə varıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqama verən Yeni Müsavat qəzetinin redaktoru Xalid Kazımov bildirib ki, yazdığı şərh kontekstindən çıxarılıb:

“Şərhi ümumi tendensiya kimi yazmışdım. Qeyd etdiyim fakt məsələnin tibbi tərəfi idi. İstifadəçilər şəxsi qərəz səbəbiylə sosial şəbəkədə hay-küy qaldırıblar. Hətta bəzi jurnlaistlər də bu hay-küyə qoşulub. Söhbəti konkretləşdirməmişdim, ümumi tendensiyanı izah etməyə çalışırdım. Yazdığım şərh kontekstindən çıxarılıb və ucuzluğa gedilib. Tibbdə belə bir termin var – Akselarasiya. Buna cinsi yetişkənlik deyilir. İstənilən halda, məsələnin mahiyyətinə baxmaq lazım idi. “Facebook”da bu gün sanki hər kəs ekspertdir. İnsanlar hansısa bir fikrinə görə tənqid edilir, hətta təhqir edilirlər. Bu, sosial şəbəkənin qaçılmaz bir problemidir. Bundan sonra da belə davam edəcək”.

Xalid Kazımovun sözügedən şərhini təqdim edirik:

Jurnalist bu fikrinə görə TƏNQİD EDİLDİ - "Elə qızlar olur, atəşli olurlar"

İnterpress.az