Baba ehtiyatsızlıqdan laqonda ilə nəvəsinin ayağını kəsdibackend

Baba ehtiyatsızlıqdan laqonda ilə nəvəsinin ayağını kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “report”a istinadən xəbərinə görə, Aydın Məmmədov küçəsi, 7 a, mənzil 44-də işlək vəziyyətdə olan laqondanın 2004-cü il təvəllüdlü Cəfərov Orxan Vüqar oğlunun üzərinə düşməsi nəticəsində yeniyetmə ağır xəsarətlər alıb.

Laqonda uşağın sol baldır əzələsini və sağ ayaq barmağını kəsib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Məlum olub ki, hadisə O.Cəfərovun babası evdə təmir işləri görərkən baş verib. Ehtiyatsızlıq nəticəsində işlək vəziyyətdə olan laqonda babanın əlindən düşərək yanındakı nəvəsinə ağır xəsarət yetirib.

İnterpress.az