Rumıniya mətbuatı SOCAR-dan yazırbackend

Rumıniya mətbuatı SOCAR-dan yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən 309 milyon manat) təşkil edib.

Rumıniyada 39 yanacaqdoldurma məntəqəsinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqəsində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb.

Bu, 2016-cı illə müqayisədə 10 faiz artım deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi, “OMV Petrom”, “Rompetrol”, MOL və “Lukoil” şirkətləridir.

İnterpress.az