Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Rus bölməsinə uşaq qoyan vətəndaşlarımız millətini və vətənini sevmir - Şəmil Sadiqdən ŞOK AÇIQLAMA

Şəmil Sadiq təhsil müəssisələrində rus bölməsinə maraq yaratmağı tənqid edib.

Dərc edilib: 21 iyun 2018 [11:15]
Baxış sayı: 89286

"Dil bilmək uğurlu olmaq demək deyil, lap olsa belə, dil bilmək üçün ana dilli məktəbi yox, hansısa xarici dilli bölməni seçmək də yanlışdır. Çünki bir dili bilmək üçün 2-3 il yetərincə bəsdir. Ona görə də rus bölməsi, ingilis dili bölməsinə bu qədər marağı düzgün hesab etmirəm".

İnterpress.az xəbər verir ki, bunu Filologiya üzrə fəlsəfə doktoru, “Hədəf STEM Liseyi”nin direktoru Şəmil Sadiq deyib. O bildirib ki, bir zamanlar rus bölmələrində dərs deyən müəllimlər rus təfəkkürlü və intellektli idi ki, o da təhsil almaq istəyənlərin marağına səbəb olurdu: "Bacarıqlı və məntiqi təfəkkürü yerində olan bir gənc kimi yetişdirin övladınızı, lazım olduğunu dərk edəndə o, gərəkli dili öyrənəcək. Bilirsinizmi, sovet dövründə rus bölmələrinə maraq niyə elə güclü idi? O zaman rus bölmələrində dərs deyən müəllimlər rus təfəkkürlü və intellektli idi ki, o bizim üçün maraqlı gəlirdi. Və Rusiya dəbdə idi, yəni intellektual insan rusdilli olmalı idi. Lakin bu gün Azərbaycan təfəkkürü, mədəniyyəti ilə olan rus bölmələri niyə fəaliyyət göstərib bu qədər inkişaf etməlidir?! Və bu gün Azərbaycan bölmələrində tədris rus bölmələrindəkindən heç bir halı ilə geri qalmır, deyərdim ki, hətta öndədir. Çünki rus bölməsində yetərincə kadr qıtlığı var və bunun da səbəbi 90-cı illərdə rus bölməsinə olan kəskin şəkildə etiraz idi. Rus bölmələrində çağdaş biliyə sahib olan müəllim azdır ki, bu da seçim imkanlarını məhdudlaşdırır".

Ş.Sadiq təhsildə rus bölməsinə marağın digər səbəblərindən də söz açıb. Onun sözlərinə görə dil bilməyin gələcəkdə yaxşı həyat vəd verməsi fikri yanlışdır: "Bir zamanlar rus bölməsi ona görə var idi ki, Azərbaycanda rus çox idi, onların uşaqlarının oxuması üçün məktəb lazım idi. İndi də var rus vətəndaşlarımız, rus bölmələri də onlar üçün lazımdır, ölkəmizdə işləyən digər millətlər üçün də ingilis dilli məktəblərə ehtiyyac var ki, bu cür məktəblər də olmalıdır və var. Bəs sizə nə gəlib rus bölməsinə bu qədər maraq göstrtirsiniz? Hələ ailədə heç bir valideynin rus dili bilməyə-bilməyə övladını rus bölməsinə yönləndirməsini heç başa düşmürəm. Mən o düşüncədə deyiləm ki, rus bölməsinə uşaq qoyan vətəndaşlarımızın millətini və vətənini sevmədiyini iddia edim. Yetərincə vətənpərvər dostlarım var ki, övladını rus bölməsinə qoyub. Bunun bir səbəbi uşaqlarının iki dil bilməsi və gələcəkdə elmi ədəbiyyata daha rahat çıxmasıdır. Amma bacarıq və yaradıcılıq olmadan öyrənilən ikinci, üçüncü, dördüncü dil qarın doyurmur və heç vəzifə də vermir. Bu sindromdan çıxmalıyıq, "dil bilmək gələcəkdə yaxşı həyat vəd edir" fikri kökündən yanlışdır. Nobel mukafatçısı Aziz Sancar ingilis dilli məktəb yox, kənd məktəbini bitirib. Qoyun, rus bölmələri rusdilli kəsimin olsun, biz isə öz dilimizi seçək".

Səid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 376