“Silahlı Qüvvələrin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq”backend

“Silahlı Qüvvələrin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, qarşıdan çox tarixi bir gün – Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi gəlir:

\”Biz bu 100 illiyə yüksək göstəricilərlə qədəm qoyuruq, cəbhədəki uğurlarımızla gəlirik. 2016-cı ilin aprelində düşmənə, onun təxribatına layiqli cavab verdik. Bir neçə gün bundan əvvəl isə Naxçıvan istiqamətində əməliyyat aparıldı, 11 min hektar ərazi azad edildi\”.

Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib. (trend)

İnterpress.az