Azərbaycanda bu müəllimlər 300 manat əmək haqqı alacaq – Nazirlik açıqladıbackend

Azərbaycanda bu müəllimlər 300 manat əmək haqqı alacaq – Nazirlik açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır.

İnterpress.az xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatının açıqlanması ilə bağlı tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, 2014-2017-ci illər ərzində 134 136 min müəllim diaqnostik qiymətləndirilmədən keçib.

Onun sözlərinə görə, Azərbaycanda olan müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər əmək haqqı alır: \”Müəllimlərin 35,9 faizi 300-500 manat arası, 27,1 faizi 500-700 manat arası, 10 faizi 700-900 manat arası, 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır\”.

İnterpress.az