İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdübackend

İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadla xəbər verir ki, 50-BE-448 dövlət nömrə nişanlı, “QAZ 2400” markalı avtomobil Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yeddi yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az