Bakıda yol polisindən möhtəşəm addım – VİDEObackend

Bakıda yol polisindən möhtəşəm addım – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Dövlət Yol Polisinin (DYP) əməkdaşının yolu keçmək istəyən yeniyetmənin əlindən tutaraq yolun bir tərəfindən digər tərəfinə keçirməsi diqqəti cəlb.

İnterpress.az xəbər verir ki, hadisə bir neçə gün bundan öncə Bakının Təbriz küçəsində qeydə alınıb.

Belə ki, xidməti avtomobili ilə hərəkət edən yol polisi yolu keçmək istəyən yeniyetmə qızı gördükdən sonra avtomobili yolun kənarında park edib. Daha sonra DYP əməkdaşı avtomobildən düşərək yeniyetmənin yolun bir tərəfindən digər tərəfinə keçməsi üçün köməklik edib.

Görüntülər digər avtomobilin sərnişini tərəfindən lentə alınıb.

DYP əməkdaşının bu davranışı ictimaiyyətdə maraqla qarşılanıb.

Səid Qərib
İnterpress.az