Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Sevinc reklam üçün hamını aldatdı - Ərə getməyib

Azərbaycanın tanınmış aktrisası Sevinc Əliyevanın ikinci dəfə ailə qurması barədə xəbər yayılıb.


Dərc edilib: 21 iyun 2018 [14:13]
Baxış sayı: 17242

İnterpress.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “ATV maqazin onlarla” proqramı aktrisanın ağ gəlinlikdə müsahibə verən kadrlarını yayıb.
Videoda Sevinc 12 ildən sonra ikinci dəfə bu paltarı geyindiyini bildirib. S. Əliyevanın mediadan gizli ailə qurduğu iddia edilib.

Bu görüntülər mətbuatda və sosial şəbəkələrdə Sevincin ikinci dəfə ərə getdiyi və 24 yaşlı model Riad Abdulovla nikah bağladığı qeyd edilib.

Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək “Mən getdim, heç kimə demədən, üstümə düşməyin” – şərhini yazıb.

Əldə etdiyimiz məlumata görə, əslində, Sevinclə Riad evlənməyib və həmin kadrlar “Qayınana 2” filminin çəkiliş meydançasında lentə alınıb. Onlar ssenariyə uyğun olaraq kinoda ailə həyatı qurublar.

Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla ailəli olub. Onların bu nikahdan 3 övladı var.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112