İran ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham etdibackend

İran ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZƏRTAC İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimiyə istinadla xəbər verir ki, M.Salas cari ilin fevralında Tehranda idarə etdiyi avtobusu qəsdən polis əməkdaşlarının üzərinə sürərək üç qanun keşikçisini qətlə yetirib. Məhkəmə prosesində M.Salasın cinayət törətməsi tam olaraq sübuta yetirilib. Bundan başqa, M.Salas etiraf edib ki, polislərin qətlə yetirilməsi əvvəlcədən hazırlanmış plana əsasən baş verib.

B.Qaşimi ABŞ-ın bəyanatını İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirərək diqqətə çatdırıb ki, ABŞ məhkəmələri tərəfindən hər il 100-dən çox edam hökmü çıxarılır və yerinə yetirilir.

İnterpress.az