Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


ABŞ, dünya və ailəsi Trampa qarşı: Ağ Ev rəhbəri qalmaqallı qərarını ləğv etdi

Donald Tramp: "Məncə, qəlbi olan hər kəs bu məsələdə həssaslıq göstərərdi"

Dərc edilib: 21 iyun 2018 [15:30]
Baxış sayı: 14085

Birləşmiş Ştatlar prezidenti Donald Tramp qanunsuz miqrantların övladlarının ailələrindən ayrı mərkəzdə saxlanılması ilə bağlı qərarını həm ölkədaxili, həm də xaricdən gələn reaksiyalara görə ləğv edib. İnterpress.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Tramp iradların ardından sonra valideynlərin övladları ilə birlikdə saxlanılmasını nəzərdə tutan qanun çıxarıb.

Trampın qərarına əsasən, Meksikadan ölkəyə qanunsuz olaraq gələn yeniyetmələr saxlanılır və miqrant mərkəzlərində yer qalmadığı üçün federal həbsxanalara göndərilirdi. Onların haqqında ölkəyə qanunsuz keçdikləri üçün cinayət işi açıla bilər. Bu müddətdə isə uşaqlar öz valideynlərindən ayrı sığınma mərkəzlərində qala bilərlər.

Bir düşərgədə onlarla uşağın məftillərlə ayrılan qəfəslərdə saxlanılmasını göstərən fotolar və uşaqların ağlamasını əks etdirən səs yazıları bütün dünyanın reaksiyasına səbəb olmuşdu. ABŞ prezidenti çərşənbə günü imza mərasimində uşaqların ailələrindən ayrılarkən ağladıqlarını əks etdirən fotoların ona təsir etdiyini bildirib.

Lakin Tramp, eyni zamanda sərhədi qanunsuz keçən şəxslərə qarşı cinayət işinin açılmasını nəzərdə tutan siyasəti davam etdiriləcəyini deyib. Ağ Ev rəhbərinin imzaladığı yeni qərara əsasən, uşaqların sağlamlığına zərər vuracaq hallardan başqa miqrant ailələr öz övladları ilə birgə saxlanılacaq. Bu prosesin nə qədər davam edəcəyinə dair isə konkret müddət yoxdur.

ABŞ prezidenti mərasimdə çıxış edərkən həyat yoldaşı Melaniya və qızı İvankanın bu məsələdə çox həssas olduqlarını qeyd edib: "Məncə qəlbi olan hər kəs bu məsələdə həssaslıq göstərərdi. Ailələrin bir-birindən ayrıldığını görmək istəmirik".

Trampın yeni qərarının nə vaxtdan qüvvəyə minəcəyi də açıqlanmır.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112