Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Kimlər diasporadan getməli, kimlər qalmalıdırlar? - FOTO

Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun təşəbbüsüylə Rusiyada Azərbaycan diasporunun fəaliyyəti, bu sahədə mövcud problemlər və həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Dərc edilib: 21 iyun 2018 [17:04]
Baxış sayı: 21268

Rusiyada Azərbaycan diasporunun fəaliyyəti, möhkəmlənməsi, inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılması, təkliflərin irəli sürülməsi və müxtəlif layihə və əməkdaşlıq formatları barədə ideyaları bölüşmək məqsədilə müzakirə aparılıb.

İnterpress.az xəbər verir ki, müzakirələrdə ekspertlər Zaur Məmmədov, İlqar Vəlizadə, Zaur İbrahimli, gənc fəal Sabir Rüstəmov, fəaliyyətinə xitam verilən Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva vilayətinin İstra rayon yerli şöbəsinin sədri Ramil Əliyev, Moskva Vilayət Dumasının deputatının köməkçisi Samir Ağayev, İstra rayon İctimai Palatanın üzvü Elmir Əliyev və İstra rayon İctimai Palatanın eksperti Ramazanov Vuqar iştirak ediblər. Müzakirələr son vaxtlar daha da aktuallaşan Rusiyada Azərbaycan diasporunun fəaliyyəti, möhkəmlənməsi, inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılması, təkliflərin irəli sürülməsi və müxtəlif layihə və əməkdaşlıq formatları barədə ideyaları bölüşmək məqsədilə keçirilib.

Kimlər diasporadan getməli, kimlər qalmalıdırlar? - FOTO
Birbaşa yayımın moderatoru Z.Məmmədov giriş sözündə bildirib ki, Rusiyada azərbaycanlıların federal səviyyədə yenidən, daha yaxşı təşkilatlanmasına ciddi ehtiyac var: “Son dövrlər Azərbaycan diasporasının güclənməsinə, mövqe bildirməsinə və ölkəmizlə bağlı proseslərə təsir göstərməsinə daha çox ehtiyac yarandığı hiss olundu. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinə xitam verilməsi müəyyən boşluq yaradıb. Tezliklə bu istiqamətdə ciddi addımların atılması vacibdir. 3 milyondan artıq azərbaycanlı böyük resursdur və bu resursdan düşmən qüvvələr yox, biz istifadə etməliyik. Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubu olaraq müzakirələr, təkliflərin irəli sürülməsi ilə bu prosesə töhfə verməyə çalışırıq. Əminəm ki, Diaspora Komitəsinin yeni rəhbərliyi ilə tez bir zamanda vəziyyət xeyrimizə dəyişəcək".

ÜAK-ın İstra yerli şöbəsinin sədri, Ramil Əliyev fəaliyyətləri barədə geniş məlumat verib. R.Əliyev qeyd edib ki, diaspora fəaliyyətinə soydaşlarımızın marağını artırmaq üçün onlar tərəfindən kompleks tədbirlər görülür: “İlk növbədə soydaşlarımızın inteqrasiya olunmasına çalışırıq. Uşaqların uşaq bağçalarına, orta məktəblərə və internat uşaq məktəbinə getmələrinə bilvasitə köməklik edirik. Bundan əlavə sənədlərin düzəldilməsi, sosial problemlərin həllinə yardım etməyə səy göstəririk. İcma səviyyəsində isə, soydaşlarımızın siyasi və ictimai proseslərdə fəal rol almasına, mövqe tutmasına, siyasi fəal olmasına çalışırıq. Bir cox uğurlarımız var, bunlardan təşkilatımızın fəalları hakim Vahid Rusiya Partiyasına üzv olublar, Prezident seckilərində, Dövlət Dumasına, Moskva Vilatət Dumasına seçki qərargahında fəal iştirak ediblər, İstra rayon İctimai Palatasına üzv seciliblər və s.”

Kimlər diasporadan getməli, kimlər qalmalıdırlar? - FOTO
Klubun eksperti, politoloq İ.Vəlizadə də öz fikirlərini bölüşüb. Diaspora üzvlərinin ilk növbədə yaşadıqları cəmiyyətə inteqrasiyasının, mövqe tutmasının önəminə diqqət çəkən İ.Vəlizadə bildirib ki, məhz bu məsələdə birgə səylər göstərilməli, fəaliyyət əlaqələndirilməlidir: “Uğurlu diaspora fəaliyyəti kollektiv səy tələb edir. Eyni zamanda fərdlər və icma səviyyəsində soydaşlarımıza inteqrasiya prosesində, adaptasiya olunmaqda əməli yardım göstərilməlidir. Diaspora təşkilatları soydaşlarımızla səmərəli kommunikasiya kanallarına malik olmalıdır. Hər bir soydaşımız dəstəyi hiss etməli və konkret məsələ ilə bağlı hara, kimə müraciət etməli olduğunu bilməlidir”.

İ.Vəlizadə Azərbaycan diasporunun Rusiya biznes dairələrinin Azərbaycanda maraqlarının aqreqatoru ola biləcəyinə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, hazırda Azərbaycana maraq böyükdür və diaspora fəaliyyəti üçün yaxşı imkanlar var: “Azərbaycan diasporu Rusiya ilə ortaq nöqtələri, ortaq tarixi özəllikləri hadisələri təqdim etməyi bacarmalıdır. Rusiya cəmiyyəti bunlar barədə məlumatlı olmalıdır. Yoxsa erməni təbliğatı elə qənaət yaratmağa çalışır ki, “Azərbaycanlılar fürsət düşəndə Rusiyaya arxadan zərbə vurmağa hazırdırlar”. Bunları nəzərə almaq və diasporun fəaliyyətində yeni yanaşmalar ortaya qoymaq lazımdır. Elə təşkilatlanma formatı seçilməlidir ki, iş əmsalı, effektivliyi yüksəlsin. Əsas diqqət məhz iş əmsalı və effektivliyə yönəldilməlidir. Əvvəlki səhvlərin təkrarlanmaması üçün isə fəal, özünü təsdiqləmiş diaspor təşkilatlarının təklifləri dinlənməlidir, öyrənilməldir”.

Rusiyada Azərbaycan diasporunun güclənməsi ilə bağlı fikirlərini bölüşən R.Əliyev qeyd edib ki, ÜAK effektiv strategiya ortaya qoya bilmədi: "Planlı, məqsədyönlü fəaliyyət müşahidə olunmadı. Daha çox təqvim tədbirlərinin keçirilməsinə üstünlük verilirdi. Özünütənqid, açıq müzakirələr, fikir mübadiləsi çox məhdudlaşdırılmışdı. Bununla belə, ÜAK-ın qeydiyyatının ləğv olunması çox ciddi problemdir. Federal səviyyədə diaspor mütləq təşkilatlanmalıdır. Bu daha çox təsir imkanları və nüfuz, nəticələr əldə etməyə imkan verir”.

Kimlər diasporadan getməli, kimlər qalmalıdırlar? - FOTO
R.Əliyev ÜAK-ın yeni formada yaradılması mümkünlüyü ilə bağlı fikirlərini açıq şəkildə bölüşüb: “ÜAK yeni formatda yaradılmalıdır, əsasən gənclərə, yeni kadrlara üstünlük verilməlidir. Əksər regionlar kimi, bizim təşkilat üzvləri də rəhbərliyə Fazil müəllimdən başqa alternativ görmür. Ümid edirik, ki yeni federal təşkilat tez bir zamanda yaradilacaq və rəsmi dövlət qeydiyyatından keçərək Rusiyada yaşayan bütün azərbaycanlıları öz ətrafında birləşdirməyi bacaracaq. R.Əliyev və yerli diaspor fəalları konkret təkliflərlə çıxış ediblər: “Diaspora təşkilatlarının strateji fəaliyyət planlarının hazırlanması, diasporada gənclərin inkişafına dəstək verilməsi, region liderləri və aktivistləri üçün maarifləndirici seminar və təlimlərin keçirilməsi, yerli və regional təşkilatlarına lazımi diqqətin ayrılması, diasporadan olan mütəxəssislərin irəli çəkilməsinə yardım göstərilməsi, elektron KİV, sosial mediadan daha fəal istifadə edilməsi, federal səviyyədə hüquq şirkətinin və müvafiq “Qaynar xətt” yaradılması, Daha geniş şəbəkələşmənin, Moskva və Moskva Vilayətində hər rayonda yerli bölmələrin yaradılması, resurslardan daha səməli istifadə olunması və s.”

Müzakirələrdə iştirak edən gənclər isə, daha çox maarifləndirmə və məlumatlandırma fəaliyyətinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu cür istiqamətdə tədbirlər, həmrəyliyə və vətənpərvərlik ruhunun yüksəlməsinə kömək edir. Hər təklif ətrafında müzakirələrdən və qeydlərdən sonra Z.Məmmədov diaspora fəalları və liderləri ilə silsilə fikir mübadiləsinin nəticəsi olaraq təkliflərin müvafiq dövlət orqanlarına təqdim ediləcəyini diqqətə çatdırıb.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112