Sumqayıtda universitetdə baş verən uçqunun görüntüləri yayıldı – VİDEObackend

Sumqayıtda universitetdə baş verən uçqunun görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişinin uçduğu anın görüntüləri yayılıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, universitetin binasının girişi tələbələrin gözü qarşısında uçub.

Xoşbəxtlikdən hadisə baş verən zaman binanın girişində heç kim olmayıb.

Tələbələrin sözlərinə görə, hadisə baş verən zaman imtahanlarla əlaqədar olaraq xeyli sayda tələbə binadan içəri daxil olmaq istəyiblər.

\”İmtahanla əlaqədar toplaşmışdıq. Elə istəyirdik ki, binadan içəri daxil olaq. Bu hadisə baş verdi. Bir də onda gördük ki, sanki, nəsə partlayış oldu\”, – deyə SDU-nun tələbəsi vurğulayıb.

Qeyd edək ki, SDU-nun əsas binasının girişi bir müddət idi ki, qəzalı vəziyyətdə idi.

Səid Qərib
İnterpress.az