Kolumbiya komandasının futbolçusu Karlos Sançes ölüm hədəsi alıbbackend

Kolumbiya komandasının futbolçusu Karlos Sançes ölüm hədəsi alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un \”The Guardian\”a istinadən məlumatına görə, Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb.

Bildirilir ki, istifadəçilərdən biri \”Twitter\”də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: \”Arzulamağı təklif edirəm\”. Digər istifadəçi isə buna cavab olaraq, \”Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır\”.

Qeyd edək ki, Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim həmçinin Kolumbiyanın qapısına penalti təyin edib.

İnterpress.az