AAK prezidenti: Azərbaycan diasporu 15-20 il ərzində böyük yol qət edib – VİDEObackend

AAK prezidenti: Azərbaycan diasporu 15-20 il ərzində böyük yol qət edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov diaspor təşkilatlarımız, Avropada yaşayan azərbaycanlıların vəziyyətindən danışıb.

\”Avropa Azərbaycanlıları Konqresi (AAK) 60-dək ölkədə 130-a qədər Azərbaycan təşkilatlarının birliyidir. Konqresin mərkəzi Brüsseldə yerləşir\”.

İnterpress.az xəbər verir ki, bunu REAL-a müsahibəsində Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bildirib.

Onun sözlərinə görə, Konqresdə milyonlarla azərbaycanlı birləşib.

Sahil Qasımov Azərbaycan və erməni disporu arasında müqayisə aparıb. O, bildirib ki, erməni diasporunun yüz illiklərlə tarixi var. Azərbaycan diasporu isə 15-20 il ərzində böyük yol qət edib və qısa müddətdə hazırkı səviyyəyə çatması uğurdur.

Konqres rəhbəri deyib ki, Avropada yaşayan azərbaycanlılar arasında siyasi yolla miqrasiya etmiş insanlar da var və onların heç də hamısı radikal deyil: “Müxalifətçilərlə radikal qrupları qarışdırmayaq. Müxalifyğnlü şəxslər 25-30 ildir orada yaşayırlar və heç bir fəaliyyətləri ilə Azərbaycana ziyan vurmurlar. Onlar da 20 Yanvar qırğını, Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımının ildönümlərini keçirirlər, onlar da milli bayramlarımızı qeyd edirlər”.

İnterpress.az