“Məni alçaltdın, amma…” – Röya Aygünü bağışladıbackend

“Məni alçaltdın, amma…” – Röya Aygünü bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barışıq addımı Röyadan gəlib. Aygünü məhkəməyə verən müğənni onun övladı ilə şəklini paylaşaraq onu bağışladığını bildirib:

“Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Ata, anamın yanında alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı “haram” adlandırdın. Səni izləyərkən həyatıma nifrət etdim.

Ağlayaraq yaradana sənə cavab versin dedim. Amma o an unutdum ki, sənin qızın var və o, mən yaşayanın 50 faizini doğularkən yaşayıb. Günahlarımız onların boynuna yazılar deyirlər. Bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım.

Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. Allah da bağışlasın istərəm”.

Qeyd edək ki, A.Bəylər \”Səhər-səhər\” verilişində Röyanın ünvanına sərt sözlər deyib. Röya isə onu məhkəməyə vermiş və 50 min manat təzminat istəmişdi. Məhkəmə R.Ayxanın iddiasını rədd etmişdi. (axşam.az)

"Məni alçaltdın, amma..." - Röya Aygünü bağışladı

İnterpress.az