Avropadan Türkiyəyə təhdid: “Ərdoğan prezident seçilsə…”backend

Avropadan Türkiyəyə təhdid: “Ərdoğan prezident seçilsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzVision.az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlığı Avropa Parlamentinin Almaniyadan olan deputatı, Xristian Demokratlar Birliyi partiyasının üzvü Renate Sommer edib.

“Əgər seçkiləri Ərdoğan qazanarsa, Avropa Parlamenti bu durumda üzvlük müzakirələrinə son qoyulmasını tələb edəcək”, – deyə Sommer təhdid edib. O, həmçinin vurğulayıb ki, Ərdoğanın prezident seçilməsilə Türkiyənin Avropa İttifaqına qoşulması mümkün olmayacaq.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar partiyasının üzvü olan Renate Sommer anti-Türkiyə mövqeyi və Ərdoğana qarşı tənqidi fikirlərilə tanınır.

İnterpress.az