İranda rəis oğlu 41 qızı zorladı – Xəbəri yayan şəxs tutuldu – VİDEObackend

İranda rəis oğlu 41 qızı zorladı – Xəbəri yayan şəxs tutuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İranşehir adlı qəsəbədə Cümə namazı qılınarkən, şəhərin dini rəhbəri əhaliyə 41 qızın zorlandığı barədə məlumat verib. Bildirib ki, 41 qız 1 il ərzində zorlanıb. Amma onlardan cəmi 3 nəfəri hadisəni ortalığa çıxarıb. Digər 38 qızın ailəsi biabır olmamaq üçün məsələni gizlədiblər. Lakin dini rəhbər bunun daha da kütləvi hal almaması üçün xalqı etiraz etməyə səsləyib.

Şəhər rəhbərliyinin binası önündə xalq etirazlara başlayıb. Araşdırmalardan sonra məlum olub ki, qızları zorlayan şəxs Sipah bölgəsinin polis rəsinin oğludur. Etirazlara baxmayaraq, oğlan saxlanılmayıb. Əksinə bu hadisəni qabartdığı üçün şəhərin dini lideri həbs olunub.

Femida.az-ın İrandakı mənbələrindən əldə etdiyi məlumata görə, rəisin oğlu küçədə tək gedən qızları zorla maşına mindirib şəhər kənarına aparır, burada zorlayırmış.

Xalq hadisənin üstünü açan dini liderin həbsinə etiraz edən zaman aldıqları cavab qeyri-adi olub: \”Qızların zorlanma xəbərini yaymaq haramdır\”.

İranda rəis oğlu 41 qızı zorladı - Xəbəri yayan şəxs tutuldu - VİDEO

Qeyd edək ki, hadisənin baş verdiyi bölgə sünnilərin yaşadığı bölgədir. İran hüquq-mühafizə orqanlarının bu səbəbdən məsələyə ciddi yanaşmadığı gələn bilgilər arasındadır. (femida.az)

İnterpress.az