Həbs olunan səfir oğlundan xəbər var – 150 milyon dollarlıq CİNAYƏTbackend

Həbs olunan səfir oğlundan xəbər var – 150 milyon dollarlıq CİNAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşlarının Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğlu Emil Osmanovu həbs etmələri barədə məlumat vermişdik.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, səfir oğlunun qanunsuz əməlləri ilə bağlı yeni faktlar üzə çıxıb. Belə ki, Osmanovun adı çirkli pulların yuyulmasında hallanır. Məlumatda deyilir ki, səfir oğlu ay ərzində 150 milyon dollarlıq qanunsuz pul köçürmə əməliyyatları həyata keçirib. Onun Monakoda yaşadığı bildirilsə də, əsas biznes fəaliyyətinin isə Sankt-Peterburqda və Moldovada olduğu vurğulanır.

Qeyd edək ki, Osmanov iyunun 22-də Vyanadan Minskə gələn zaman həbs edilib. Onun bank fəaliyyətlərində göstərdiyi qanunsuzluğa görə ittiham edildiyi bildirilir. Belarus polisinin iddiasına görə, Osmanov pul vasitələrinin nağlaşdırılması sxeminin təşkilatçılarından biri olub.

Xatırladaq ki, Emil Osmanov səfir Qüdsi osmanovun birinci nikahından olan oğludur. Uzun müddətdir ki, ata ilə oğul arasında heç bir əlaqənin olmadığı bildirilir. Məlumat üçün bildirək ki, Qüdsi Osmanovun ikinci nikahından üç övladı var.

İnterpress.az