Bakıda baş verən yanğın söndürülüb – FHNbackend

Bakıda baş verən yanğın söndürülüb – FHN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, hadisə Bakı şəhərinin Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

İnterpress.az