Xızı sakininin evindən silah-sursat və narkotik götürülübbackend

Xızı sakininin evindən silah-sursat və narkotik götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

İnterpress.az