Xanım tanımadığı şəxsi ölümdən qurtardıbackend

Xanım tanımadığı şəxsi ölümdən qurtardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az-ın məlumatına görə, bu barədə “facebook” istifadəçisi Ayfar Nizaməddinqızı xəbər verib. O bildirib ki, intihar etmək istəyən şəxsi fikrindən daşındırmağı bacarıb: “Uşaqlarım evdə oyanyırdı, birdən qışqırdılar ki, bir kişi özünü atır. Öncə elə bildirim ki, ustadır, dam örtüyünü düzəldir. Amma sonra gördüm ki, bu adam qışqırır. Başladım onu danışığa tutmağa. Ağlaya-ağlaya nəsə deyirdi, başa düşmədim. Polis çağırmaq istədim, qoymadı. Yoldan keçənə də səsləndim, razı olmadı, əksinə daha da aşağı sürüşdü. Xeyli vaxt onunla söhbət etməyə çalışdım. Dedim ki, kimlə danışmaq istəyirsən? Söylədi ki, qardaşı ilə. Güclə qardaşının nömrəsini öyrəndim. Qardaşı da özün qan-tərin içində çatdırdı. Şükür Allaha ki, qardaşı onu fikrindən daşındırdı”.

İnterpress.az