“Ford Transit” 18 yaşlı piyadanı vurdubackend

“Ford Transit” 18 yaşlı piyadanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib.

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

İnterpress.az