Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Duma sədri Azərbaycana rəsmi səfərə gəlir

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Dərc edilib: 24 iyun 2018 [11:18]
Baxış sayı: 6087

Bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

İki gün nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclis sədri Oqtay Əsədovla görüş keçiriləcək. Görüşlərdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticari əməkdaşlıq sahəsindəki məsələlərin həlli, qanunvericiliklərin uyğunlaşdırılması müzakirə olunacaq. Eyni zamanda ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı və beynəlxalq təşkilatlarda birgə fəaliyyət məsələsi diqqət mərkəzində olacaq. ( apa )

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 376