Bakının məşhur restoranında özbaşınalıq – ƏRƏB TURİSTİ DÖYDÜLƏRbackend

Bakının məşhur restoranında özbaşınalıq – ƏRƏB TURİSTİ DÖYDÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzərin sahilində, Bibiheybətdə, Şıx çimərliyi yaxınlığında yerləşən və Bakının ən tanınmış istirahət mərkəzlərindən olan “Nar Şərab” restoranı ilə bağlı narazılıqlar gündən-günə artmaqda davam edir.

Bu barədə İnterpress.az-ın redaksiyasına daxil olan məlumatda deyilir ki, məşhur restoran rəhbərliyi tərəfindən öz işçilərinə müştərilərlə qeyri-insani şəkildə rəftar etmələri tapşırılıb.

Məlumatda vurğulanır ki, sözügedən restoran yaxın vaxtda fəaliyyətini dayandırmağı düşünür və buna görə də, müştərilərin axının qarşısını almaq üçün qeyri-etik davranışlar nümayiş olunur.

Mənbənin sözlərinə görə, xarici turistlər dəfələrlə restoranın hiyləsinə məruz qalaraq aldadılıb. Bildirilir ki, ərəb turistlər dəyərindən baha qiymətə göstərilən xidmətə etiraz etdiyinə görə, restoran administratorları tərəfindən fiziki təzyiqlərə məruz qalıblar. Həmçinin, restoranda azərbaycanlılara qərəzli münasibət göstərildiyi bildirilir.

\”Əgər, Nar-şəraba daxil olan müştəri azərbaycanlıdır və Azərbaycan vətəndaşıdırsa, o zaman müştəri restoranda yalnız özünəxidmətlə dincələ, yeyə və içə bilər\” – deyə, mənbə vurğulayır.

Eyni zamanda, məlumatda vurğulanır ki, sözügedən restoranda antisanitariyaya riayət olunmur. Mənbənin sözlərinə görə, məhz antisanitariya qaydalarına riayət olunmadığına görə dəfələrlə müştərilər ilə restoranın məsul şəxsləri arasında dava düşüb. Elə bundan sonra da, rəhbərlik restoranı onlarla fiziki gücə malik, idman cüssəli mühafizəçilərlə təmin edib.

Qeyd edək ki, \”Nar Şərab\” restoranının keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olduğu haqda mətbuatda məlumatlar dərc olunub. Bir neçə il bundan öncə də, sabiq nazirin rəhbərlik etdiyi qurum ləğv olunan zaman sözügedən restoranın bağlandığı barədə məlumatlar yayılmışdı.

İnterpress.az