Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Ərdoğan və ailəsi səs verdi

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsi Üsküdarda yerləşən Saffet Çebi adına məktəbdə öz səsini verib.

Dərc edilib: 24 iyun 2018 [17:40]
Baxış sayı: 15089

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyip Ərdoğan və onun həyat yoldaşı Əminə Ərdoğan və kürəkəni – Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak da səs verib.

Ərdoğan səsvermə zamanı bildirib ki, Türkiyə bazar günü ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri sayəsində demokratik inqilab edir:

"Bu seçkilər əhəmiyyətli bir xüsusiyyətə malikdir. Türkiyə onların sayəsində əməli olaraq demokratik bir inqilab edir".

Dövlət başçısı həmçinin bildirib ki, seçicilərin seçkilərdə iştirak səviyyəsi yaxşıdır. Onun sözlərinə görə, "hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib".

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112